Cəhənnəmdən Gələn Səs kitabından mənalı sitatlar | Kitab sözləri

 

– Hardan zəng vurursunuz?
– Cəhənnəmdən..
– Məni ələ salırsız?
– Yox! — yad qadın hökmlə dilləndi.
— Mən Ermənistandan zəng vururam...

Elxan Elatlı, Cəhənnəmdən Gələn Səs

 

– Heç bilirsiniz çılpaqlıq nədir?
– Nədir?
– Bilirsiniz, qadının üzündə bir həya pərdəsi olmalıdır. Bu pərdə götürüləndə qadın çılpaqlaşır. Başqa vaxt yox.
– Tam anlaya bilmədim.
– Baxın, bir qadın ola bilsin, boğazından topuğuna qədər geyimə bürünər. Amma gözlərində, sifətində elə həyasızlıq oxuna bilər ki, onun çılpaq olduğunu düşünərsən.

 

– Ananı çox sevirsən?
– Çox! — Onun yolunda tərəddüd etmədən ölümə gedərəm. Bəs siz ananızı sevmirsiz?
– Heç ananı sevməmək olar? Həm də qocaldıqca daha çox sevirəm onu. Sanki, nə vaxtsa itirməkdən qorxuram...

Cəhənnəmdən Gələn Səs kitabından mənalı sitatlar | Kitab sözləri kitablar

– Sənin öldüyünü düşünürdük.
– Kaş öləydim. Xocalıdan olanların ən bəxtəvərləri elə ölənlər oldular.
– Sizə çox işgəncə verdilər?
– Sən bilən, insana verilən ən böyük işgəncə nə ola bilər?
– Nə bilim… Deyə bilmərəm..
– Heç mən də deyə bilmərəm. Çünki onlar ən dəhşətli hesab etdiyin, ən çox qorxduğun işgəncədən sonra düşünüb eləsini tapırlar ki, əvvəlkini arzu edirsən..

 

Əqidəsi, mənliyi olmayan kişi fahişə qadından da betərdir...

Elxan Elatlı, Cəhənnəmdən Gələn Səs

 

— Sən bilirsən mən onu niyə vurdum?! –Ona görə yox ki, əsgər getmək istəmir, ona görə ki, anasını söydüm, durub üzümə baxdı. Mənə əl də qaldırmadı. Yoxsa, nəyimə lazımdır onun əsgər getməyi?! Anasının qeyrətini çəkməyən, guya, gedib vətən qoruyacaq?!

 

– Əsl güclü adam, mənim fikrimcə, bilirsiniz kimdir?
– Kim?
– O adam ki nəyisə etməklə bərabər, etməməyi də bacarsın.
– Başa düşmədim...
– Baxın, məncə, öldürmək asandır, bağışlamaq çətin. Pislik asandır, yaxşılıq çətin. Yemək asandır, yeməmək çətin. Çətin işi bacaran daha güclü sayılmalıdır, yəqin ki. Başa düşdünüz?
– Hə. Demək istəyirsən ki, nəfsini saxlaya bilən daha güclüdür.
– Nəfsini saxlaya bilən, bəli, güclü adamdır. İnsan gərək birinci özünə qalib gəlməyi bacarsın...

 

— Çox sağ ol, Ayçöhrə!
— Nə üçün?
— Ona görə ki, varsan.
— Var olduğuma görə Tanrıma minnətdar ol.
— Onun qarşısında üzü üstə düşürəm, səni yaratdığına görə. Üstəlik, mənə bəxş etdiyinə görə. Mən daha heç nə istəmirəm ondan...

 

– Sən nə geysən yaraşır. Ancaq gəlinlik paltarı geyməyinin də vaxtı keçir axı?!
– Qorxma evdə qalmaram. Bir kişi tapıb evlənəcəm...
– Nə kişi?! — anası təəccübləndi.
– Kişi də! Əsl kişi!
– Səninlə hər adam yola gedə bilməz.
– Elə ona görə deyirəm ki, əsl kişi tapanda ərə gedəcəm.
– Allah qoysa...

 

Siz fikir verirsinizmi onun necə kinli siması var? — mayor cavab verdi.
Baratov kinayə ilə gülümsədi:
— On yeddi il erməni əsirliyində olan adamın siması necə olmalıdır, sizin fikrinizcə? Şən və gülərüz olmalıdır?

 

Ölüm haqdır! Onsuz da hamımız öləcəyik. Ancaq qeyrətsiz yaşamağı Allah heç kəsə göstərməsin.

 

Necə ola bilərdi axı, erməni kimi mənfur düşmənin içində 17 il yaşayasan, olmazın zülmlər, insan ləyaqətini alçaldan işgəncələr görəsən, amma yenə öz insanlıq simanı itirməyəsən...

 

Biz azərilərin bəxtinə son iki əsrdə çox bəlalar düşüb. Əvvəl çar Rusiyasının, sonra isə sovetlərin müstəmləkəsi olmuşuq. Bunların ikisi də Türkün tarixini yaxşı bildiyi üçün çalışıb ki, tabeliyində olan türklər əsgər getməsin. Gedəndə də, əlinə avtomat, tüfəng götürüb vuruşmağı öyrənməsin, tikintidə işləyib ruslara xeyir versin, ya da mətbəxdə kartof soymaqla əsgərliyini başa vursun. Bilirdilər ki, bu millətin balaları vuruşmağı öyrənsə, sabah azadlığını istəyəndə qabağında durmaq olmayacaq...

 

Xocalı hadisəsi baş verəndə xəbərlər təkcə Azərbaycanın o vaxtkı rəhbərliyinə yox, dünyanın hər yerinə, dünyanı idarə edən böyük dövlətlərin başçılarına belə çatırdı. Ancaq hamı susurdu… Müasir dünya dəhşətli insan qırğını görməmişdi və maraqla gözləyirdi. Gözləyirdi ki, görsün torpağın qara üzü günahsız insanların qırmızı əti ilə örtüləndə necə görünür?!

 

Yadında saxla, — dedi, — İnsan insanı ancaq iki şeyə görə öldürə bilər. Bir doğma torpağını, bir də namusunu qorumaq üçün...

 

1992- ci ilin fevralın 26-da Xocalıda 613 nəfər öldürülüb.8 ailə tamamilə məhv edilib.1275 nəfər ermənilər tərəfindən əsir götürülüb.150 nəfərin taleyindən isə ümumiyyətlə bu günə qədər heç bir məlumat yoxdur...,Amma onu da düşündü ki, bəzən insanlar atdıqları addımı ölçüb-biçmədən elə cığıra düşürlər ki, bu cığır özü onları aparıb xəyanət yoluna salır.,Bu millətin təhsilinə zərbə vurmaq lazımdır, sağlamlığına zərbə vurmaq lazımdır. Belə olsa, iyirmi ilə, görərsən ki, millət məhv olub. Ancaq, güllə ilə, bomba ilə heç yüz ilə də qırıb qurtarmaq olmaz bu milləti.

 

Böyük Nəsiminin, universitet illərində oxuyub yadda saxladığı bir misrasını indi tez-tez təkrar edirdi:
— Dünya duracaq yer deyil, ey can, səfər eylə!..

 

Yadında saxla, dünya tarixi türklərin qəhrəmanlıq tarixi ilə doludur. Başqaları döyüşməyi türkdən öyrənib. Təkcə kişilərimiz yox, qadınlarımız da at belində, əlində qılınc düşmən üstünə getməkdən qürur duyublar. Elə indinin özündə, Türkiyəyə bax! Orada doğulan gənclər dünyanın hansı ölkəsində yaşayırsa yaşasın, əsgərlik yaşı çatanda vətənlərinə qayıdıb öz borclarını verirlər. Bizimlə onların keçmişimizdə heç bir fərq yoxdur. Xarakterinizdə də, əqidəmizdə də...

Elxan Elatlı, Cəhənnəmdən Gələn Səs

 

 

0 şərh